...

Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 4 Dekabr 2012 12:33 (UTC +04:00)
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasının 20 illiyinə həsr olunmuş “QHT olaraq 20 illik fəaliyyət” adlı tədbir keçirilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasının 20 illiyinə həsr olunmuş "QHT olaraq 20 illik fəaliyyət" adlı tədbir keçirilib.

Trend-in nməlumatına görə, tədbirin açılışında BAMF-ın 20 illik fəaliyyətinə həsr olunmuş "Bəşəriyyət üçün xidmətlərə görə təsvir və səs vasitəsilə hekayə" filmi nümayiş olunub.

Milli Məclisin vitse-spikeri Bahar Muradova tədbirdə bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində yaranan və fəaliyyətini ölkənin üzləşdiyi problemlərin həllinə yönəldən BAMF sonrakı dövrdə tək Azərbaycanda deyil, regonda və dünyada tanınan təşklata çevrilib.

"BAMF Azərbaycan müstəqilliyi ilə, demək olar ki, həmyaşıddır, Azərbaycanla bərabər addımlayır, ölkənin inkişafının hər mərhələsində qarşıya çıxan məsələlərin həllinə aktiv surətdə qoşulub", - Muradova deyib.

Onun sözlərinə görə, BAMF-ın sədri Umud Rəhimoğlunun səyləri nəticəsində qurum bəşəriyyətə xidmət edən təşkilat statusu alıb, həmçinin öz imkanlarını mətbuatla bağlı problemlərin həllini tapmasına səfərbər edib.

Vitse-spiker qeyd edib ki, artıq Azərbaycan çərçivəsi bu təşkilata kifayət etmir. "Azərbaycan regional deyil, dünya səviyyəsinə çıxdığına görə, BAMF-ın beynəlxalq status almasının zamanı çatıb", - o qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbirdə bildirib ki, BAMF həm QHT sektorunda, həm media sahəsində uzun illər eyni coşqu ilə çalışan yeganə təşkilatdır. O qeyd edib ki, təşkilatın rəhbəri Umud Rəhimoğlunun şəxsi xarizması, insanları öz ətrafına toplamaq bacarığı BAMF-ın fəaliyyətinin genişlənməsinə xidmət edib. "Umud Rəhimoğlu tək praktiki sahədə deyil, həmçinin nəzəri məsələlərdə, yeni QHT-lərin yaranmasında öz tövfələrini verir", - o deyib.

Quliyev deyib ki, 20 il ərzində BAMF böyük yol keçib və elə bir sahə yoxdur ki, orada imza atmasın.

Şura sədri bildirib ki, BAMF-ın əldə etdiyi status bizim də bu gün nümunəyə malik olan beynəlxalq təşkilatımızın olmasına şərait yaradır.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Fond 20 il ərzində gərgin, şərəfli yol keçib. "Azərbaycanın ictimai həyatında bu gün QHT-lərin fəaliyyəti vüsət almağa başlayıb. Lakin BAMF məhz müstəqilliyimizin ilk illərində fəaliyyətə başlamaqla geniş fəaliyyət spektrinin qurulmasında böyük rol oynayıb", - o deyib.

Mehdiyev qeyd edib ki, mətbuat fondu kimi fəaliyyətə başlayan BAMF özü üçün daha geniş fəaliyyət istiqamətləri seçib. O bildirib ki, QHT-lərin missiyası ictimaiyyəti daha çox maraqlandıran, dövlətin öz diqqətini kifayət qədər yönəldə bilmədiyi sahələrə yönəlməlidir.

Mehdiyevin sözlərinə görə, Azərbaycanda bu gün 20 illik yubileyini qeyd edən BAMF eyni zamanda beynəlxalq aləmə çıxmağa çalışıb. "Fond bu gün Beynəlxalq Mətbuat İnstitutunun üzvüdür, Avropa Şurası, NATO ilə fəal əməkdaşlıq edir. Azərbaycanda fəaliyyət göstərən QHT-lər də bundan nümunə götürərək Azərbaycanın səsinin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynasın", - PA rəsmisi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti