...

Azərbaycan sinoptiklərinin meteohəssas insanlara müraciəti

Cəmiyyət Materials 6 Dekabr 2012 14:11 (UTC +04:00)
Dekabrın 7-8-də Bakı və Abşeron yarımadasında nisbətən mülayim və sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, dekabrın 9-da arabir güclənən xəzri küləyinin yaradacağı diskomfort şərait əksər meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycan sinoptiklərinin meteohəssas insanlara müraciəti

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalyeva/

Dekabrın 7-8-də Bakı və Abşeron yarımadasında nisbətən mülayim və sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, dekabrın 9-da arabir güclənən xəzri küləyinin yaradacağı diskomfort şərait əksər meteohəssas insanlar üçün əlverişsizdir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dekabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti