...

Azərbaycanda müxtəlif mülkiyyət formasına aid bağçalar yaradılacaq

Cəmiyyət Materials 13 Dekabr 2012 11:59 (UTC +04:00)
2020-ci ilədək Azərbaycanda müxtəlif mülkiyyət formasına aid olan (bələdiyyə, icma, özəl, ailə bağçaları) məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyəti üzrə dəstəkləyici tədbirlər həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" layihəsində bildirilir.
Azərbaycanda müxtəlif mülkiyyət formasına aid bağçalar yaradılacaq

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

2020-ci ilədək Azərbaycanda müxtəlif mülkiyyət formasına aid olan (bələdiyyə, icma, özəl, ailə bağçaları) məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyəti üzrə dəstəkləyici tədbirlər həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" layihəsində bildirilir.

Layihədə qeyd edilir ki, ölkədə dövlət uşaq bağçaları şəbəkəsi genişləndiriləcək, onların şərait və təchizatı yaxşılaşdırılacaq. Bu tədbirlər vasitəsilə də ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi orta Avropa göstəriciləri səviyyəsinə çatdırılacaq.

Bununla yanaşı, 2020-ci ilədək təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq. Təhsildə idarəetmənin təkmilləşdirilməsi üçün bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş şəkildə cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə olunması, digər müasir idarəetmə texnologiyalarının tətbiq olunması və s. kimi istiqamətlərdə islahatyönlü tədbirlərlə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti