...

Bakıya ilk qar yağıb (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2012 08:37 (UTC +04:00)
Dekabrın 15-dən 16-na keçən gecə Bakıda ilk qar yağıb.
Bakıya ilk qar yağıb (FOTO)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Dekabrın 15-dən 16-na keçən gecə Bakıda ilk qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı, əsasən axşam və gecə sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 16-da hava şəraitinin fasilərlərlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 18-dək ölkə ərazisində soyuq, şaxtalı hava şəraitinin davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti