...

Həftənin ilk iş günü Azərbaycanda şaxtalı və qarlı hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 16 Dekabr 2012 15:07 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində soyuq hava şəraiti davam edəcək.
Həftənin ilk iş günü Azərbaycanda şaxtalı və qarlı hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Sabah Azərbaycan ərazisində soyuq hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünük təşkil edəcəyi, bəzi yerlərdə yağış və zəif qar yağacağı gözlənilir.

Bakıda gecə 1-3°şaxta, gündüz 2-4° isti olacaq.

Azərbaycan rayonlarında dekabrın 17-də hava yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq. Gündüz 1-3 dərəcə isti, gece -1-6 dərəcə şaxta olacaq, dağlarda gecə -7-12° şaxta olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti