Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir A.Tağıyeva /
Əlverişsiz hava şəraiti ilə əlaqədar Türkiyənin bəzi vilayətlərində məktəblərdə dərslər təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Yeni Şafak" qəzeti xəbər verib.
Qəzetin ölkənin Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərslər əsasən Van vilayətində dayandırılıb. Burada havanın temperaturu mənfi 12 dərəcəyə çatır.
Ötən həftədən Türkiyə ərazisində şaxtalı hava şəraiti hökm sürür. Sinoptiklər həftə ərzində ölkənin bir sıra vilayətlərində güclü qarın davam edəcəyi barədə xəbərdarlıq ediblər.