...

Azərbaycanda alimlərin evlə təminatı üçün yeni çıxış yolu təklif edilib

Cəmiyyət Materials 21 Dekabr 2012 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov gənc alimlərin mənzillə təminatı üçün yeni təklif irəli sürüb.

Trend-in məlumatına görə, Kərimov cümə günü jurnalistlərə bildirib ki, gənc alimlər üçün xüsusi "Mənzil proqramı"nın qəbul olunması çox yaxşı olardı.

AMEA prezidenti hesab edir ki, dövlət büdcəsindən bu proqramın maliyyələşdirilməsi üçün hər il 1-2 milyon manat vəsait ayrıla bilər. Bunun hesabına da AMEA gənc alimlərin mənzil problemini qısa zamanda həll edə bilər. Onun fikrincə, bu, gənc alimlərə çox böyük kömək olar.

Kərimov onu da əlavə edib ki, AMEA "Elm siyasəti haqqında" qanun layihəsində alimlərin sosial müdafiəsinin gücləndirilməsi, onların əməkhaqqının artırılması, elmi dərəcəyə görə əməkhaqqına əlavələrin edilməsi məsələlərinin öz əksini tapmasını istərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti