...

İranın müqəddəs şəhərlərinə ziyarət edənlər üçün xoş xəbər

Cəmiyyət Materials 21 Dekabr 2012 14:04 (UTC +04:00)
İranda dini turizmin inkişaf etdirilməsi məqsədilə ölkənin bir neçə şəhərinə, o cümlədən Məşhəd, Qum və Şiraza təyyarə ilə səfər edəcək əcnəbi zəvvarlar üçün viza rejimi ləğv olunacaq.
İranın müqəddəs şəhərlərinə ziyarət edənlər üçün xoş xəbər

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir T.Cəfərov /

İranda dini turizmin inkişaf etdirilməsi məqsədilə ölkənin bir neçə şəhərinə, o cümlədən Məşhəd, Qum və Şiraza təyyarə ilə səfər edəcək əcnəbi zəvvarlar üçün viza rejimi ləğv olunacaq. Bunu Azərbaycanda səfərdə olan İran Prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad cümə günü Trend-ə müsahibəsində deyib.

Xürrəmşad Qum və Məşhəd şəhərlərinə səfər edənlər üçün viza rejiminin artıq ləğv olunduğunu və Şiraz şəhəri ilə bağlı isə hələlik hazırlıq işləri görüldüyünü qeyd edib.

Müşavir xatırladıb ki, İranın şimal şərqində yerləşən Məşhəd şəhərində 8-ci imam Həzrət Rza (ə), Qum şəhərində İmamın bacısı Həzrət Məsumə (s) ziyarətgahları yerləşir.

"Bu şəhərlərdə uzun illər infrastruktur yenilənib, quruculuq işləri aparılıb, hava limanı, hotellər, qonaq evləri tikilib və dünyanın müxtəlif ölkələrindən zəvvarların qəbul edilməsi üçün hər bir şərait var", - Xürrəmşad bildirib.

Ötən həftə İran Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə Məşhəddə keçirilən toplantıda bu şəhər beynəlxalq ziyarət şəhəri təyin edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti