...

Azərbaycanda bu il 1400-ə yaxın insan qidadan zəhərlənib

Cəmiyyət Materials 25 Dekabr 2012 15:28 (UTC +04:00)
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1132 qida zəhərlənməsi hadisəsi baş verib.
Azərbaycanda bu il 1400-ə yaxın insan qidadan zəhərlənib

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1132 qida zəhərlənməsi hadisəsi baş verib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, zəhərlənmə hadisələrindən 1376 nəfər zərər çəkib.

Bu il ərzində 21 botulizm hadisəsi baş verib. Bu hadisələr nəticəsində 29 zərərçəkən olub.

Yalnız ötən ay ərzində əhali arasında 52 qida zəhərlənməsi hadisəsi baş verib. Onlardan 61 nəfər zərər çəkib. O cümlədən, 2 botulizm hadisəsi baş verib, nəticədə 4 nəfər zərər çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti