...

Əbülfəs Qarayev mədəniyyət ocaqlarını turizm şirkətləri ilə sıx əməkdaşlıq edə bilməməkdə günahlandıb

Cəmiyyət Materials 27 Dekabr 2012 12:31 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədəki turizm müəssisələri və mədəniyyət ocaqlarını bir-biriləri ilə sıx əməkdaşlıq edə bilməməkdə günahlandıb.
Əbülfəs Qarayev mədəniyyət ocaqlarını turizm şirkətləri ilə sıx əməkdaşlıq edə bilməməkdə günahlandıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədəki turizm müəssisələri və mədəniyyət ocaqlarını bir-biriləri ilə sıx əməkdaşlıq edə bilməməkdə günahlandıb.

Trend-in məlumatına görə, nazir bu ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında çıxışı zamanı deyib ki, çox az muzeyin hansısa turizm şirkəti ilə müqaviləsi var.

"Hansı muzeyin turizm şirkətləri ilə müqavilələri var? Belə müqavilələrin sayı azdır. Onların sayı bəlkə də 2-3-dür. Turizm şirkətləri özəldir, mən onları məcbur edə bilmərəm. Ancaq mədəniyyət ocaqları özləri turizm şirkətləri ilə əməkdaşlığa maraq göstərməlidirlər", - Qarayev bildirib.

O, əlavə edib ki, gələn ildən Azərbaycana gələn turistlər üçün elektron vizaların verilməsi ilə bağlı sərəncam imzalanıb. Bu iş turizm şirkətlərinin vasitəçiliyi ilə həyata keçiriləcək.

"Bəs, turizm şirkətləri turistlərə hansı proqramı təqdim edəcəklər? Turistlər hansı muzeylərə, mədəniyyət ocaqlarına gedəcək, hansı səyahətləri edəcəklər? Bunlar hamısı vahid sistemə bağlı olmalıdır", - Qarayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti