...

Azərbaycanın avtomobil yollarında buzlaşmanın qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 11 Yanvar 2013 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraitində avtomobil yollarında normal hərəkətin təmin olunması üçün lazım olan bütün zəruri işləri həyata keçirir. Bu barədə Trend-ə cümə günü ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

O qeyd edib ki, gecə saat 4:00 radələrindən səhər saatlarına qədər ASC-nin tabeliyində olan müvafiq idarələr tərəfindən buzlşan ərazilərə, o cümlədən Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından keçən hissəsinə, Tbilisi prospektinə, 20 Yanvar körpüsü, Bakı dairəvi yolu və şəhərin digər əraziləriniə qum-duz qarışığı səpilib.

Mürsəliyev bildirib ki, ASC-nin bütün şəxsi heyəti işə cəlb edilib, səhərə qədər buzlaşmanın qarşısı alınıb və nəqliyyatın hərəkəti tam təmin olunub.

Onun sözlərinə görə, hazırda 1050-yə yaxın texnika tam hazır vəziyyətdədir və istənilən vaxt yarana biləcək problemlərin qarşısını almaq üçün səfərbər olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti