Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda Kür çayında suyun səviyyəsi artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. Yanvarın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 7 sm artıb.
Son günlərdə Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 8 sm, Salyanda 3 sm artıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 sm yüksəlib, Kürün səviyyəsi isə Şirvan məntəqəsində 1 sm, Bankədə isə 8 sm azalıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 385 sm (2012-ci il yanvarın 11-də 553 sm), Şirvanda 252 sm (2012-ci il yanvarın 11-də 449 sm ), Salyanda 314 sm (2012-ci il yanvarın 11-də 405 sm), Bankədə 237 sm (2012-ci il yanvarın 11-də 306 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2012-ci il yanvarın 11-də 270 sm) təşkil edir.