...

Ermənistanda əsgərin ölümü ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 11 Yanvar 2013 17:13 (UTC +04:00)
Ermənistan Müdafiə Nazirliyinin İstintaq Xidmətində hərbi xidmətə yeni çağırılmış 18 yaşlı Norayr Saakyanın ölümü faktı üzrə cinayət işi qaldırılıb.
Ermənistanda əsgərin ölümü ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Ermənistan Müdafiə Nazirliyinin İstintaq Xidmətində hərbi xidmətə yeni çağırılmış 18 yaşlı Norayr Saakyanın ölümü faktı üzrə cinayət işi qaldırılıb.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Saakyan dekabrın 23-də hərbi hospitalın reanimasiya şöbəsində ölüb.

İş Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin ikinci bəndi üzrə (rəisin və ya vəzifəli şəxsin xidmətə qarşı ehtiyatsızlıqdan ağır fəsadlara səbəb olmuş səhlənkar münasibəti) qaldırılıb.

Cəsədin məhkəmə-tibbi ekspertizası təyin edilib.

2012-ci il dekabrın 23-də 1994-cü il təvəllüdlü Saakyan toplanış məntəqəsindən hərbi hissəyə aparılarkən qəflətən özünü pis hiss edib və yerləşdirildiyi hərbi hospitalda ölüb.

Saakyanın valideynləri iddia edirlər ki, oğulları xəstə olub, lakin həkimlər buna fikir verməyiblər, hərbi hissəyə aparılarkən isə zabitlər onu ələ salaraq xəstəxanaya aparmaqdan imtina ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti