...

Azərbaycanda müşahidə edilən infeksion xəstəliyə rəsmi aydınlıq gətirilib

Cəmiyyət Materials 14 Yanvar 2013 13:58 (UTC +04:00)
Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev hazırda insanlar arasında müşahidə edilən infeksion xəstəliklə bağlı açıqlama verib.
Azərbaycanda müşahidə edilən infeksion xəstəliyə rəsmi aydınlıq gətirilib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev hazırda insanlar arasında müşahidə edilən infeksion xəstəliklə bağlı açıqlama verib.

Əliyev Trend-ə bildirib ki, bir neçə gün davam edən qızdırma, boğaz və baş ağrısı ilə müşahidə edilən bu xəstəlik qripin atipik formasıdır. Bu xəstəlik zamanı boğaz və baş ağrılarından sonra burun axması da müşahidə edilir. Xəstəlik maksimum 10 gün davam edir.

Əliyev deyib ki, xəstəlik insanlara hava-damcı yolu ilə keçir. Xəstəlikdən qorunmaq üçün maska taxmaq, buruna İnterferon damızdırmaq olar.

Baş infeksionist indiyə kimi instituta bu xəstəliklə bağlı müraciətlərin edilməyini də deyib.

Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə Trend-ə bildirib ki, qrip payız-qış aylarında müşahidə edilən xəstəlikdir.

"Bu xəstəlik harada daha çox yayılırsa, orada müəyyən tədbirlər görülür. Bu, təbii belə də olmalıdır. Bizim ölkəmizdə də kəskin artım olsa, tədbirlər görülər. Ancaq hazırda Azərbaycanda xəstələnmə epidemioloji həddən, demək olar ki, 10 dəfə aşağıdır. Ona görə də hələlik respublikada bu məsələ ilə bağlı problem yaşanmır", - nazirlik rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti