...

"Bizim süfrə" mayonezinin istehsal olunduğu Bakı Yağ Fabrikində açıq qapı günü keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2013 15:13 (UTC +04:00)
Trend-in məlumatına görə, "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən Bakı Yağ Fabrikinin istehsalı olan "Bizim süfrə" mayonezindən hazırlanmış salatın dequstasiyası ilə başlayan tanışlıqdan sonra KİV təmsilçiləri, qida ekspertlərindən ibarət geniş heyət holdinqin laboratoriyalarında oldular. Sonra isə KİV təmsilçiləri fabrikdə istehsal prosesi və yeni məhsullarla tanış olublar.
"Bizim süfrə" mayonezinin istehsal olunduğu Bakı Yağ Fabrikində açıq qapı günü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

"Bizim süfrə" mayonezinin istehsal olunduğu Bakı Yağ Fabrikində açıq qapı günü keçirilib.

Trend-in məlumatına görə, "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən Bakı Yağ Fabrikinin istehsalı olan "Bizim süfrə" mayonezindən hazırlanmış salatın dequstasiyası ilə başlayan tanışlıqdan sonra KİV təmsilçiləri, qida ekspertlərindən ibarət geniş heyət holdinqin laboratoriyalarında oldular. Sonra isə KİV təmsilçiləri fabrikdə istehsal prosesi və yeni məhsullarla tanış olublar.

Milli Kulinariya Assosiasiyası xaricdə keçiriləcək növbəti beynəlxalq müsabiqədə də "Bizim süfrə" mayonezlərindən istifadə edəcək.

Görüş zamanı media təmsilçilərinə yeni məhsul çeşidləri, fabrikin fəaliyyəti, istehsal sahələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, "Bizim süfrə" markalı mayonez qarğıdalı yağı ilə istehsal olunur və yağlılığı 55%-dir. Mükəmməl mayonezdə lazım olan ekstra xüsusiyyətlərə malikdir:

1. Qatılığı tam istənilən kimi, yəni salatlara qarışdırıldığında bütün tərəvəzlərə tam şəkildə hopur. Bazardakı bəzi mayonezlər tərəvəzlə qarışdırıldığında duru olur ki, bunların da qatılığı zəif olur. Qatılığı olmayan mayonezlə hazırlanan salatlarda isə istənilən görünüşü əldə etmək mümkün olmayacaq.

2. "Bizim süfrə" mayonezini salatlarda istifadə edəndə su salmır. Hazırlandığı vaxtdan süfrəyə verilənə qədər qatılığını qoruyub saxlayır.

3. "Bizim süfrə" mayonezi ilə hazırlanan salatlarda saralma olmur. Ancaq bazarda bəzi mayonezlər müəyyən müddətdən sonra saralmağa başlayır.

4. "Bizim süfrə" mayonezində turşuluq yoxdur.

5. "Bizim süfrə" mayonezində istifadə olunan xammallarda genetikası dəyişdirilmiş məhsuldan sitifadə olunmayıb.

6. Bu mayonezlər insan əli dəymədən istehsal olunan və qablaşdırılan məhsullardır. Mayonez alanda harada və kimlər tərəfindən istehsal olunması böyük əhəmiyyət daşıyır. "Bizim süfrə" mayonezi Azərbaycan bazarına uzun yol qət etmədən həmişə təzə olaraq verilir. Heç bir mayonez məhsulunun "Bizim süfrə" mayonezi qədər qısa vaxt ərzində təzə olaraq süfrəyə verilməsi mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti