...

Milli Məclisin yaz sessiyasında "Yuvenal ədliyyə haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

Cəmiyyət Materials 15 Yanvar 2013 16:32 (UTC +04:00)
Azərbaycan Milli Məclisi bu ilin yaz sessiyasında "Yuvenal ədliyyə haqqında" qanun layihəsini müzakirəyə çıxaracaq. Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib.
Milli Məclisin yaz sessiyasında "Yuvenal ədliyyə haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi bu ilin yaz sessiyasında "Yuvenal ədliyyə haqqında" qanun layihəsini müzakirəyə çıxaracaq. Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycanda "Yuvenal ədliyyə haqqında" qanunun qəbul olunmasının zamanı yetişib.

Deputat bildirib ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə öyrənilib və layihənin hazırlanmasına beynəlxalq təşkilatların ekspertləri də cəlb olunublar.

Rzayev qeyd edib ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının, xüsusən də uşaq hüquqlarının qorunması üçün müvafiq addımlar atır, parlamentdə Avropa standartlarına cavab verən mütərəqqi qanunlar qəbul olunur və bu qanun da onlardan biri olacaq.

Komitənin sədr müavini artıq parlamentin yaz sessiyasında "Yuvenal ədliyyə haqqında" qanunun qəbul olunacağını istisna etməyib.

Qeyd edək ki, yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti