...

Kəmaləddin Heydərov: Zəlzələ baş verən ərazidə tikinti işləri davam etdirilir

Cəmiyyət Materials 20 Yanvar 2013 10:52 (UTC +04:00)
Zəlzələ baş verən ərazidə tikinti işləri davam etdirilir və 37 məktəbdən 22-si mənim iştirakımla açılıb. Bundan başqa, bizim nümayəndələrin və yerli icra orqanı təmsilçilərinin iştirakı ilə də məktəblərin təhvil verilməsi mərasimləri keçirilir. Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Kəmaləddin Heydərov: Zəlzələ baş verən ərazidə tikinti işləri davam etdirilir

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/

Zəlzələ baş verən ərazidə tikinti işləri davam etdirilir və 37 məktəbdən 22-si mənim iştirakımla açılıb. Bundan başqa, bizim nümayəndələrin və yerli icra orqanı təmsilçilərinin iştirakı ilə də məktəblərin təhvil verilməsi mərasimləri keçirilir. Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Evlərin tikintisinin də davam etdirildiyini bildirən Heydərov Gürcüstanda baş verən zəlzələ nəticəsində Balakən ərazisinə daha çox ziyan dəydiyini deyib.

"İlk zəlzələ nəticəsində Zaqatala və Qaxa daha çox ziyan dəymişdisə, Gürcüstanda baş verən zəlzələ Balakən rayonuna daha çox ziyan vurub. Balakən ərazisində komissiya işini davam etdirir. Yeni tikiləcək təxminən 1500-dək ev qış fəsli olduğuna görə may ayına qədər təhvil veriləcək", - nazir əlavə edib.

Heydərov bildirib ki, zəlzələ bölgəsində yeni tikilən məktəb və evlərin açarlarını təhvil verməklə iş bitmir.

"Biz zəlzələdən zərər çəkmiş sakinlərlə görüşürük, yerli icra hakimiyyəti ilə birgə onların qış aylarında hansı problemlərinin olması ilə maraqlanırıq. Onların problemləri ilə məşğul olmaq bizim borcumuzdur", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti