...

Azərbaycan Uruqvayla fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Cəmiyyət Materials 21 Yanvar 2013 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

FHN-də Uruqvay Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepa ilə görüşüb.

Görüş zamanı nazir Kəmaləddin Heydərov qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib və Azərbaycan Respublikası ilə Uruqvay Respublikası arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.

Diyeqo Kanepa isə hər iki ölkənin dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti