...

İranda zavod işçiləri etiraz aksiyası keçirirlər

Cəmiyyət Materials 22 Yanvar 2013 16:15 (UTC +04:00)
İranın Xuzistan və Xorasan Rəzəvi əyalətlərindəki zavodların işçiləri ölkə parlamentinin binası qarşısına toplaşaraq etiraz aksiyası təşkil ediblər.
İranda zavod işçiləri etiraz aksiyası keçirirlər

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranın Xuzistan və Xorasan Rəzəvi əyalətlərindəki zavodların işçiləri ölkə parlamentinin binası qarşısına toplaşaraq etiraz aksiyası təşkil ediblər. Bu barədə Trend çərşənbə axşamı ILNA agentliyinə istinadən məlumat verir.

İşçilər 10 aylıq əməkhaqqının gecikdirilməsinə etiraz edirlər.

Polis aksiyanın keçirildiyi yerdə olub, lakin heç kəs həbs edilməyib, çünki etiraz dinc xarakter daşıyıb.

Parlamentin əmək fraksiyasının üzvü Əli Rza Məhcub bəyan edib ki, əməkhaqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı sorğu məhkəməyə göndərilib, parlament isə hazırda bu məsələni müzakirə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti