...

Avropaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Cəmiyyət Materials 24 Yanvar 2013 12:04 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC London istiqamətindəki aviabiletlərə güzəştli tariflər tətbiq etmə kampaniyasını davam etdirir.
Avropaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC London istiqamətindəki aviabiletlərə güzəştli tariflər tətbiq etmə kampaniyasını davam etdirir.

AZAL-dan Trend-ə daxil olan məlumata görə, yeni tarif çərçivəsində Bakı-London-Bakı istiqamətində olan birtərəfli aviabiletlərin qiyməti 100 avro təşkil edəcək (tarifə vergi və rüsumlar daxil deyil).

Şərtlərə əsasən, bu tarif "gediş-dönüş" aviabiletlər üçün nəzərdə tutulub və yalnız ilkin uçuş Bakı şəhərindən olduğu halda rəsmiləşdirilir. Tarif martın 10-dək olan uçuşlar üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti