Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/
Bu gün İsmayıllı rayonunun bir qrup sakini yenidən etiraz aksiyası keçirib. Bunu Trend-ə İsmayıllı rayon icra başçısının birinci müavini Rəfael Əhmədov bildirib.
Onun sözlərinə görə, aksiya zamanı sakinlər polislərə daş atıblar. Əhmədov bildirib ki, aksiya dağıdılıb.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllıda baş verən kütləvi münaqişə ilə bağlı birgə məlumatında bildirilir ki, yanvarın 23-də saat 21:30 radələrində İsmayıllı şəhərində "Çıraq" otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.