...

Azərbaycanlı deputatların sərnişin qismində olduğu avtomobilin törətdiyi yol qəzası ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 24 Yanvar 2013 17:00 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi "Aztelekom" İstehsalat Birliyinə məxsus "Honda-Accord" markalı 10-PD-199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Azərbaycanlı deputatların sərnişin qismində olduğu avtomobilin törətdiyi yol qəzası ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Parlamentinin deputatlarının sərnişin qismində olduğu avtomobilin törətdiyi yol qəzası ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi "Aztelekom" İstehsalat Birliyinə məxsus "Honda-Accord" markalı 10-PD-199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, yol nəqliyyat hadisəsi zamanı Ağdam rayonunda keçiriləcək tədbirdə iştirak etmək üçün səfərə çıxmış Milli Məclisin deputatları Aydın Mirzəzadə və Elman Məmmədov sərnişin qismində avtomobildə olublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti