...

İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun növbəti hesabatı 2013-2014-cü ildə çap ediləcək

Cəmiyyət Materials 25 Yanvar 2013 14:21 (UTC +04:00)
Ümumdünya Meteorologiya Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının ətraf mühitin mühafizəsi üzrə 1988-ci il Proqramı tərəfindən birgə təsis olunmuş İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun V hesabatı 2013-2014-cü ildə çap ediləcək.
İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun növbəti hesabatı 2013-2014-cü ildə çap ediləcək

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Meteorologiya Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının ətraf mühitin mühafizəsi üzrə 1988-ci il Proqramı tərəfindən birgə təsis olunmuş İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun V hesabatı 2013-2014-cü ildə çap ediləcək. Bunu cümə günü Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov deyib.

Onun sözlərinə görə, dünyada iqlim dəyişmələri nəticəsində gözlənilən proseslər barədə məlumatlar həmin sənəddə öz əksini tapacaq.

Qeyd edək ki, Rusiya Hidrologiya və Meteorologiya Xidmətinin (RosHidroMet) sədri Aleksandr Frolovun dediyinə görə, iqlim dəyişiklikləri indiki sürətlə davam edərsə, 10-15 il sonra baharla payız uzağı uç həftə davam edəcək, sonra isə ümumiyyətlə, yox olacaq.

Bu fikirləri inandırıcı saymayan Süleymanov isə hesab edir ki, onları rəsmi, təsdiqlənmiş məlumat kimi qəbul etmək olmaz.

"Müxtəlif alimlər fərqli tədqiqatlar apararaq onun nəticələrini çap etdirirlər. Ancaq bunlar hələ təsdiqedici məlumatlar deyil. Onlar son 2-3 ildə baş verən hadisələrdən nəticə çıxararaq bu məlumatları deyiblər. Ancaq nəticələr bütün dünya mərkəzləri tərəfindən müzakirə olunmalıdır. Həmin məlumatlar razılaşdırılqdan sonra onu qəbul etmək olar", - Süleymanov deyib.

O qeyd edib ki, İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun növbəti hesabatında artıq iqlim dəyişmələri üzrə tədqiqat aparan aparıcı elmi mərkəzlərin tədiqatlarının nəticələri əks olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti