...

Azərbaycanda uşaqların ildə bir dəfə icbari dispanserizasiyası olacaq

Cəmiyyət Materials 25 Yanvar 2013 15:13 (UTC +04:00)
Azərbaycanda uşaqların ildə bir dəfə icbari dispanserizasiyası olacaq.
Azərbaycanda uşaqların ildə bir dəfə icbari dispanserizasiyası olacaq

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev /

Azərbaycanda uşaqların ildə bir dəfə icbari dispanserizasiyası olacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirə olunan yeni "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunda qeyd olunub.

Bu, onların qanuni himayədarlarının icazəsi ilə baş tutacaq.

Qanunda o da qeyd olunur ki, hər uşağın dispanzeriyasiyası üçün xərclərin norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Yeni qanunda nəzərdə tutulub ki, valideynlərini itirmiş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların dispanzerizasiyası müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək.

Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maliyyələşdirmə qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maliyyələşmə ilə bağlı qanunda o da nəzərdə tutulur ki, dispanzerizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçirilə bilər.

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti