...

Azərbaycanda VI-IX sinif şagirdlərinə yeni fənn keçiriləcək

Cəmiyyət Materials 25 Yanvar 2013 16:09 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində VI-IX sinif şagirdləri üçün yeni fənn - "Həyat bilgisi" tədris ediləcək. Bu barədə cümə günü Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər.
Azərbaycanda VI-IX sinif şagirdlərinə yeni fənn keçiriləcək

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində VI-IX sinif şagirdləri üçün yeni fənn - "Həyat bilgisi" tədris ediləcək. Bu barədə cümə günü Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, bu yenilik tədrisdə aparılan islahatlar və kurikulumların tətbiqi ilə əlaqədardır. Hazırda "Həyat bilgisi" fənni I-V sinif şagirdlərinə keçirilir. Məktəblərdə V sinif şagirdlərinə "Həyat bilgisi" bu dərs ilindən tədris edilir.

2013-2014-cü tədris ilindən kurikulumun orta məktəblərin VI sinfinə tətbiq edilməsi ilə əlaqədar həmin siniflər gələn ildən bu fənni öyrənməyə başlayacaqlar.

2014-2015-ci tədris ilindən kurikulumun tətbiqi ilə əlaqədar "Həyat bilgisi" VII, 2015-2016-cı tədris ilindən VIII, 2016-2017-ci tədris ilindən isə IX siniflərdə tədris ediləcək. Orta məktəblərdə bu fənn I sinifdən IX sinfədək keçiriləcək. Bu fənn şagirdlərə məntiqi düşünmə qabiliyyətinin artrılmasına, həyati bacarıqlarının genişləndirilməsinə imkan verir. Fənlərin şagirdlərə biologiya və coğrafiya müəllimləri tərəfindən keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın orta məktəblərində fizika və kimya fənlərinin tədrisinə başlama vaxtı 1 il tezləşdiriləcək. Kurikulumların tətbiqi ilə əlaqədar 2013-2014-cü tədris ilindən orta məktəblərdə fizika VI, 2014-2015-ci tədris ilindən isə kimya fənni VII sinifdən tədris edilməyə başlanacaq. Həmin fənlər hazırda da olduğu kimi, şagirdlərə XI sinfədək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti