...

Azərbaycanda "Həyat bilgisi” dərsliyində iqtisadi biliklər gücləndiriləcək

Cəmiyyət Materials 28 Yanvar 2013 11:18 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində istifadə edilən "Həyat bilgisi" dərsliyində iqtisadi biliklər gücləndiriləcək.
Azərbaycanda "Həyat bilgisi” dərsliyində iqtisadi biliklər gücləndiriləcək

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində istifadə edilən "Həyat bilgisi" dərsliyində iqtisadi biliklər gücləndiriləcək.

Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə bildirilib ki, hazırda "Həyat bilgisi" dərsliklərində iqtisadi biliklər var. Nazirliyin Mərkəzi Bankla birgə həyata keçirdiyi "Şagirdlərin maliyyə bacarıqlarının gücləndirilməsi" layihəsi çərçivəsində aparılan işlərə uyğun olaraq, iqtisadi biliklərlə bağlı standartlar daha da gücləndirilib. Gələcəkdə həmin standartların dərsliklərdə öz əksini tapması planlaşdırılır.

Bu standartlar orta məktəblərin 1-9-cu sinifləri üçün tətbiq ediləcək.

Bu işlər aparılarkən beynəlxalq ekspertlərin rəyləri nəzərə alınıb.

Qeyd edək ki, Hazırda "Həyat bilgisi" fənni I-V sinif şagirdlərinə keçirilir. Bu fənn gələn ildən 6-cı, 2014-2015-ci tədris ilindən VII, 2015-2016-cı tədris ilindən VIII, 2016-2017-ci tədris ilindən isə IX siniflərdə tədris ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti