...

Azərbaycanda mədəni turizm marşrutlarının sertifikatlaşdırılmasına başlanılıb

Cəmiyyət Materials 29 Yanvar 2013 17:32 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Avropa Mədəni Turist Marşrutları İnstitutu tərəfindən müəyyənləşdirilmiş kriteriyalara əsasən, "Aleksandr Düma" mədəni turizm marşrutunun sertifikatlaşdırılması işinə başlanılıb.
Azərbaycanda mədəni turizm marşrutlarının sertifikatlaşdırılmasına başlanılıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda mədəni turizm marşrutlarının sertifikatlaşdırılması ilə əlaqədar ilkin işlər görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Avropa Mədəni Turist Marşrutları İnstitutu tərəfindən müəyyənləşdirilmiş kriteriyalara əsasən, "Aleksandr Düma" mədəni turizm marşrutunun sertifikatlaşdırılması işinə başlanılıb.

Bununla yanaşı, "Aleksandr Düma Qafqazda" mədəni turizm marşrutu üzrə tədbirlər planının ilkin variantı hazırlanıb. "Aleksandr Düma Qafqazda" mədəni turizm marşrutunun beynəlxalq səviyyədə sertifikatlaşdırılması üzrə Avropa Mədəni Marşrutlar İnstitutu ilə yazışmalar aparılır.

"Beynəlxalq sertifikatlaşdırma üçün üç ölkənin iştirakı vacibdir. Bunlar Azərbaycan, Gürcüstan və Rusiyadır. Gürcüstan və Rusiya arasında olan siyasi problemlər Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən beynəlxalq sertifikatlaşdırmaya məhdudiyyət yaradır", - nazirlikdən deyilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti