...

137 hərbi qulluqçunun mənzillərlə təmin edilməsi barədə qərar qəbul edilib

Cəmiyyət Materials 1 Fevral 2013 12:57 (UTC +04:00)
2013-cü il 31 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
137 hərbi qulluqçunun mənzillərlə təmin edilməsi barədə qərar qəbul edilib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

2013-cü il 31 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Müdafiə Nazirliyi tərəfindən Komissiyaya təqdim edilən Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş və komissiyanın müvafiq qərarları ilə mənzil növbəsinə qəbul edilmiş 357 hərbi qulluqçudan ilkin mərhələdə 137 nəfərin Bakı və Xırdalan şəhərlərində yerləşən mənzillərlə təmin edilməsi barədə qərar qəbul edilib, onlara verilən mənzillərin bölgüsü aparılıb.

Komissiya tərəfindən bu gün qəbul edilmiş qərarların icrası nəticəsində ümumilikdə mənzillə təmin olunmuş hərbi qulluqçuların sayı 187 nəfərə çatacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti