...

Fuad Muradov: Yeni müstəqillik qazanmış Azərbaycanın öz peykini orbitə buraxması çox böyük hadisədir

Cəmiyyət Materials 8 Fevral 2013 16:25 (UTC +04:00)
Müstəqillik yaşı çox olan ölkələrin əksəriyyətinin hələ də peykləri yoxdur. Amma yeni müstəqillik qazanmış bir ölkə olaraq Azərbaycanın öz peykini orbitə buraxması çox böyük hadisədir.
Fuad Muradov: Yeni müstəqillik qazanmış Azərbaycanın öz peykini orbitə buraxması çox böyük hadisədir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Müstəqillik yaşı çox olan ölkələrin əksəriyyətinin hələ də peykləri yoxdur. Amma yeni müstəqillik qazanmış bir ölkə olaraq Azərbaycanın öz peykini orbitə buraxması çox böyük hadisədir. Bunu Trend-ə Milli Məclisin deputatı Fuad Muradov Azərbaycanın "Azerspace-1" adlanan ilk suni peykinin orbitə buraxılmasına münasibət bildirərkən deyib.

2013-cü ilin Prezident İlham Əliyev tərəfindən "İKT ili" elan edildiyini qeyd edən deputatın sözlərinə görə, ölkəmiz bu texnologiyaları inkişaf etdirəcək və yeniliklərə imza atacaq.

"Fikrimcə, bu mühüm hadisə vətəndaşların gündəlik həyatına təsir göstərəcək. İlk olaraq elektron xidmətlər, internet sürəti, keyfiyyətli televiziya və radio xidmətlərindən daha keyfiyyətli istifadə etməyə şərait yaradacaq. Bu tarixi gün münasibətilə hamınızı təbrik edirəm", - millət vəkili bildirib.

Qeyd edək ki, fevralın 8-də Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru kosmodromundan Azərbaycanın "Azerspace-1" adlanan ilk suni peyki orbitə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti