...

Azərbaycan və Əfqanıstan fövqəladə halların idarə olunması üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər

Cəmiyyət Materials 8 Fevral 2013 17:27 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının xarici işlər nazirinin müavini Caved Ludinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Əfqanıstan fövqəladə halların idarə olunması üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının xarici işlər nazirinin müavini Caved Ludinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazir görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının müvafiq qurumları arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Eyni zamanda, görüş zamanı Əfqanıstanın fövqəladə halların idarə olunmasına məsul dövlət qurumları ilə birgə təlimlərin keçirilməsi, o cümlədən sözügedən dövlət qurumlarının əməkdaşlarının fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alma perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qonaq, öz növbəsində, Azərbaycanın bu ölkəyə göstərdiyi yardımları yüksək qiymətləndirib, həmçinin aidiyyəti qurumlar arasında əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti