...

Azərbaycanda mərkəzi e-Kitabxana sistemi tətbiq edilir

Cəmiyyət Materials 14 Fevral 2013 12:53 (UTC +04:00)
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) işlənib hazırlanmışdır.
Azərbaycanda mərkəzi e-Kitabxana sistemi tətbiq edilir

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) işlənib hazırlanmışdır. Hazırda Azərbaycanda müxtəlif pərakəndə kitabxana sistemləri fəaliyyət göstərir ki, bu sistemlər arasında inteqrasiya və onlara standard yanaşma mövcud deyildir. Kitabxana proseslərini və oxucularla münasibətləri avtomatlaşdıran və sadələşdirən, digər dünya kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdu.

Vahid Mərkəzləşdirilmiş Kitabxana Sistemi şərti olaraq iki hissədən ibarətdir: İctimaiyyətə açıq olan hissə - Vahid Mərkəzləşdirilmiş Kitabxana portalı və inzibati,daxili istifadə üçün nəzərdə tutulan proqram təminatı hissəsi. Sistemin bütün elementləri müasir Oracle platforması üzərində Ultra şirkəti tərəfindən hazırlanmışdır.

Sözü gedən sistem pilot layihə çərçivəsində artıq Bakı şəhərinin üç rayon mərkəzi kitabxanasında - Xətai MKS, Nərimanov MKS və Səbayıl MKS tətbiq olunmağa başlanmışdır. İstifadəçi üçün asan interfeysə malik ALISA sisteminin tətbiqi zamanı ULTRA şirkəti əməkdaşları kitabxanalar ilə sıx əməkdaşlıq edir, kitabxana əməkdaşlarına təlimlər keçirilir və tətbiq zamanı tam dəstək göstərilir.

Sistemin işlənib hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanmış, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işlənmişdir. İşləyib hazırladığımız ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənib hazırlanmış veb əsaslı sistemdir. Sistem MARC21, ISO2709, UNICODE, Z 3950 və digər standard və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir.

Vahid Mərkəzləşdrilmiş Avtomatlaşdırılmış Kitabxana sisteminin modullarına qısa nəzər salsaq, sistem Komplektləşdirmə, Kataloqlaşdırma, Elektron Kataloq, İdarəetmə və Təşkilati struktur modulları, Ətraflı axtarış, Onlayn əməliyyatlar, Rezervasiya, Kitab verilişi, Hesabat və Statistika və digər modullardan ibarətdir.

ALISA sistemi kompleks bir layihə kimi Azərbaycanın Kitabxana sistemini inkişaf etdirmək üçün Nazirlik nəzarət sistemini, kitabxana daxili prosesləri və kitabxana oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Beləliklə, oxucu kitabxanaya gəlmədən istədiyi kitabxananı seçərək qeydiyyatdan keçir, aldığı oxucu bileti - plastik kart ilə respublikanın bütün kitabxanalarından faydalana bilir, onlayn sifariş verib istədiyi nəşri rezerv edir, kitabxanaya gələrək rezerv olunmuş nəşri sifariş edir, sifariş statusunu elektron növbə monitorunda izləyir, sifarişini götürür, sifarişi geri qaytararkən isə xüsusi avadanlıqlar vasitəsilə kitabı kitabxanaya qaytarır. Kitabxana rəhbərliyi kitabxana daxili proseslərə dair istənilən hesbatı görə bilir, Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyi isə bütün ktabxanalara nəzarət edir, istənilən hesabatı əldə edə bilir.

Azərbaycanın kitabxana sisteminin daha da inkişafı üçün atılan bu addımın Azərbaycan kitabxana sisteminin dünyanın ən qabaqcıl kitabxna sisteminə çevrilməsinə və dünya kitabxana sistemləril ilə inteqrasiyasına gətirib çıxaracaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti