...

Bakıda Stalinqrad döyüşünün 70 illiyinə həsr edilmiş tədbir keçirilib

Cəmiyyət Materials 15 Fevral 2013 16:31 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfirliyində Stalinqrad döyüşünün 70 illiyinə həsr edilmiş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirə Böyük Vətən müharibəsinin iştirakçıları və veteranları dəvət edilib.
Bakıda Stalinqrad döyüşünün 70 illiyinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Rusiyanın Azərbaycandakı səfirliyində Stalinqrad döyüşünün 70 illiyinə həsr edilmiş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirə Böyük Vətən müharibəsinin iştirakçıları və veteranları dəvət edilib.

RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxinin sözlərinə görə, Stalinqrad döyüşü Böyük Vətən müharibəsinin dönüş anı olub və öz həyatını vətən yolunda qurban verənlərin, o cümlədən azərbaycanlıların xatirəsi müqəddəsdir.

"Azərbaycanlılar Stalinqrad döyüşündə fərqləniblər. Məşhur qəhrəmanlardan biri Həzi Aslanov olub. Habelə Azərbaycanda insanlar cəbhəni neftlə təmin etmək üçün işləyiblər", - Doroxin bildirib.

Tədbir zamanı Stalinqrad döyüşünün iştirakçılarına səfirlikdən maddi yardımlar və Azərbaycan sanatoriyalarına putyovkalar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti