...

Tikinti zamanı çəkilən xərcləri nə azaldır?

Cəmiyyət Materials 26 Fevral 2013 15:10 (UTC +04:00)
Məsaməli beton bloklardan tikilmiş evlərin fundamentə düşən yükün azalmasına və enerjiyə qənaət etməyə imkan yaradırki, bu da eyni zamanda tikinti zamanı çəkilən xərcləri azaldır.
Tikinti zamanı çəkilən xərcləri nə azaldır?

Azərbaycan, Bakı, 26 fevral / Trend /

Məsaməli beton bloklardan tikilmiş evlərin fundamentə düşən yükün azalmasına və enerjiyə qənaət etməyə imkan yaradırki, bu da eyni zamanda tikinti zamanı çəkilən xərcləri azaldır. Bu barədə Belarus tikinti üzrə elmi -araşdırma institutunun satiş şöbəsinin meneceri Yuliya Rixlenok konfransda çıxışında bildirib.

21 fevral 2013 - cü ildə gobustone məsaməli beton bloklarının istehsalçısı AAC şirkəti, məsaməli beton bloklarının istehsalçıları Milli Birliyi və Azərbaycan Memarlar İttifaqı ilə birgə "Tikintidə müasir texnologiyalar. Məsaməli beton bloklar: xüsusiyyətləri və istifadə təcrübəsi" adlı konfrans keçirildi.

AAC şirkətinin təşəbbüsü ilə keçirilən konfransın məqsədi məsaməli beton bloklarının tikinti sahəsinə gətirdiyi fərqliliyi müzakirə etmək və yerli və xarici mütəxəssislər ilə məhsulun xüsusiyytlərini və ənənəvi tikinti materialından üstünlüyünü araşdırmaqdır.

"BelNİİS insitutunun apardığı araşdırmalar və uzun illərin təcrübəsi onu deməyə əsas verir ki, mısaməli beton ən ucuz divar hörgü materialıdır"- deyə Rixlenok əlavə edib

Konfransda yerli tikinti şirkətləri, memarlar və mütəxəsisslər iştirak etdilər. Tədbirdə Rusiya və Belorusiyadan gələn mütəxəssislər, Q.İ.Qrinfeld (Rusiya Məsaməli Beton İstehsalçılar Birliyinin Sədri), Y.A.Rixlenok (Belarusiya tikinti üzrə elmi-araşdırma institutu BelNİİS ) və S.M.Şahbəndəyev ( yerli mütəxəssis) çıxış etdilər.

Tədbirdə çıxış edən Rusiya Məsaməli Beton İstehsalçılar Birliyinin Sədri Qleb Qrinfeld bu məhsulun Rusiyada və eləcədə Avropa tikinti bazarında geniş yayıldığı qeyd etdi.

"Demək olarki, bir çox ölklərdə məsaməli beton divar tikitni materialları işində bazarın 60 faizini tutur. Bügün Rusiya məsaməli beton bloklar istehsal həcminə görə Almaniya, Polşa və Belarusdan sonra gəlir"- deyə Qrinfeld bildirib.

Konfransın təşkilatçısı AAC şirkətinin satış üzrə mütəxəssisi Vüqar Həmidovda öz çıxışında ölkəmizin tikinti sektorunda inqilabi məhsul olan gobustone məsaməli beton bloklari xüsusiyyətlərini xüsusi vurğulayaraq bu konfransın məhsul haqqında ətraflı məlumat əldə etmək və gələcək əməkdaşlığımızın yaranmasına imkan verəcəyini vurğuladı.

"AAC" şirkəti Almaniyanın "Wehrhahn" firmasının orijinal avadanlıqları və yüksək texnologiyaları əsasında hazırlanan məsaməli beton bloklarını istehsal edir. Məsaməli beton bloklar digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. Hazırda məsaməli betondan hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkanların tikilməsində istifadə olunur.

AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti