...

Beynəlxalq şahmat yarışları ərəfəsində Bakı Şahmat Sarayı istifadəyə veriləcək

Cəmiyyət Materials 1 Mart 2013 10:27 (UTC +04:00)
2015-ci il Azərbaycanın idman həyatında mühüm mərhələ olacaq, belə ki ölkəmiz 2015-ci il Dünya Şahmat Kuboku və 2016-cı il Dünya Şahmat Olimpiadası kimi qlobal miqyaslı idman yarışlarına ev sahibliyi edəcək.
Beynəlxalq şahmat yarışları ərəfəsində Bakı Şahmat Sarayı istifadəyə veriləcək

Azərbaycan, Bakı, 1 mart /Trend/

2015-ci il Azərbaycanın idman həyatında mühüm mərhələ olacaq, belə ki ölkəmiz 2015-ci il Dünya Şahmat Kuboku və 2016-cı il Dünya Şahmat Olimpiadası kimi qlobal miqyaslı idman yarışlarına ev sahibliyi edəcək.

Paytaxt Bakıda keçiriləcək bu mötəbər idman yarışlarının hazırlıq işlərinin həyata keçirilməsi məqsədilə bu yaxınlarda təşkilat komitəsi də yaradılıb. Azərbaycan by beynəlxalq idman yarışları ərəfəsində yeni idman arenaları tikib istifadəyə verəcək.

Bu barədə daha ətraflı AZERNEWS onlayn qəzetinin 1 Mart çap buraxılışında oxuya bilərsiniz.

Yeni sayda həmçinin Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Azərbaycana ikigünlük rəsmi səfərinin təfərrüatları, Azərbaycanda uşaqların icbari dispanserizasiyası haqqında qanun layihəsi, Azərbaycanın Cənub Qaz dəhlizi layihəsində rolu barəsində ABŞ Konqresində aparılan müzakirələr və digər maraqlı məqalələrlə tanış ola bilərsiniz.


"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti