...

Ötən ay Azərbaycan sərhədlərini pozduğuna görə 46 nəfər saxlanılıb

Cəmiyyət Materials 4 Mart 2013 14:33 (UTC +04:00)
Fevral ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 32 halda 46 nəfər saxlanılıb.
Ötən ay Azərbaycan sərhədlərini pozduğuna görə 46 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Fevral ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 32 halda 46 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 22 nəfəri Azərbaycan vətəndaşıdır.

Dövlət sərhədlərini pozduqları üçün ötən ay sərhədçilər tərəfindən saxlanılan əcnəbilərdən 5 nəfəri Gürcüstan, 4 nəfəri Rusiya Federasiyası, 4 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam respublikası, 3 nəfəri Moldova, 3 nəfəri Türkiyə, hər ölkədən 1 nəfər olmaqla Qırğızıstan və Konqo vətəndaşları olub.

Ferval ayında sərhəd rejim qaydalarını pozarkən 7 halda 16 nəfər və dənizdə 34 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə təbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 170 nəfər saxlanılaraq aidiyyatı orqanlara təhvil verilib.

Ay ərzində sərhədçilər tərəfindən 11 halda 1 kiloqram 348,7 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Sərhədçilər 52 halda ümumi dəyəri 61 min manat olan qaçaqmal saxlayıblar.

Qaçaqmal arasında silah-sursat, xarici valyuta, mobil telefon və mobil telefonlar üçün aksesuarlar, spirtli içki, siqaret, balıq toru, xırdabuynuzlu mal-qara, rezin qayıq, dərman preparatları, elektrotexnika, sənaye və kənd təsərrüfatı malları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti