...

Masallı şəhərinin ərazisi yeddi dəfədən çox böyüyüb

Cəmiyyət Materials 5 Mart 2013 17:14 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.
Masallı şəhərinin ərazisi yeddi dəfədən çox böyüyüb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Masallı şəhərinin ərazisi yeddi dəfədən çox böyüyüb.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.

Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib ki, qanun layihəsinə əsasən, Masallı rayonunun tərkibində olan Dadva, Digah, İskəndərli və Seybəyin kəndləri, eyni zamanda, Bambaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül və Təklə kəndləri ləğv edilərək Masallı şəhərinin tərkibinə daxil edilir.

Onun sözlərinə görə, bu kəndlər dövlət reyestrindən çıxarılır. Bundan əlavə, Masallı şəhərinə yaxın olan 9 kəndin ərazisindən 600 hektar ərazi alınaraq şəhərin tərkibinə qatılır. Bununla da Masallı şəhərinin ərazisi 300 hektardan 2500 hektara qədər genişlənmiş olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti