...

TQDK magistraturaya qəbulla əlaqədar yaratdığı Apelyasiya Komissiyasının işini yekunlaşdırıb

Cəmiyyət Materials 7 Mart 2013 17:54 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ilk mərhələsinin nəticələri ilə əlaqədar yaratdığı Apelyasiya Komissiyasının işini bu gün yekunlaşdırıb.
TQDK magistraturaya qəbulla əlaqədar yaratdığı Apelyasiya Komissiyasının işini yekunlaşdırıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ilk mərhələsinin nəticələri ilə əlaqədar yaratdığı Apelyasiya Komissiyasının işini bu gün yekunlaşdırıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə axşamı Trend-ə bildirib ki, 3 gün fəaliyyət göstərən komissiyaya təxminən 100 bakalavr müraciət edib. Müraciətlər, əsasən, sorğu xarakterli olub.

Nağızadə deyib ki, magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qoyulan tələblərlə bağlı "Magistr" jurnalında və TQDK-nın saytında məlumatlar verilsə də, bakalavrlar komissiyaya müraciət edərək müsabiqə şərtləri ilə maraqlanıblar. Bakalavrları maraqlandırılan bütün sorğular Apelyasiya Komissiyası tərəfindən cavablandırılıb.

2013/2014-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına martın 3-də keçirilən qəbul imtahanında 21 077 bakalavr iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub.

İyunun 3-11-də magistraturaya proqram seçiminin aparılması, iyunun 23-də isə magistraturaya qəbul imtahanının II mərhələsinin keçirilməsi nəzərdə tutulur. İyunun 26-28-də isə magistraturaya ixtisaslaşma seçiminin aparılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti