...

Bakı Metropoliteni qatarların hərəkət qrafikində yaranan problemin səbəblərini açıqlayıb

Cəmiyyət Materials 11 Mart 2013 09:52 (UTC +04:00)
Bakı Metropolitenində səhər saatlarında vaqonların hərəkətində ciddi problemlər yaranıb.
Bakı Metropoliteni qatarların hərəkət qrafikində yaranan problemin səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 11 mart, / Trend, müxbir E. İsmayılov/

Bakı Metropolitenində səhər saatlarında vaqonların hərəkətində ciddi problemlər yaranıb. Trend-in hadisə yerində olan əməkdaşının məlumata görə,vaqonların hərəkət qrafiki pozulduğundan, stansiyalarda sərnişin sıxlığı yaranıb.

Bakı Metropolitenindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səhər saatlarında qatarların ləngimələrinə səbəb "28 May" stansiyasında maşınist kranında baş verən nazasılıq olub.

Maşinist kranı vaqonun əyləc sistemini idarə edən qurğudur.

"Metroda müşahidə olunan ləngimə "28 May" stansiyasında vaqonların birində maşinist kranının ilişməsi ilə əlaqədardır",-deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda qəzanın başvermə səbəbləri araşdırılır və problem aradan qaldırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti