...

Azərbaycan tələbələri korrupsiyaya qarşı mübarizə sahəsində fikirlərini bildirəcəklər

Cəmiyyət Materials 15 Mart 2013 09:53 (UTC +04:00)
Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Komissiyasının dəstəyi ilə ELSA Azərbaycan (European Law Students' Association - Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən "Açıq hökumətin təşviqinə dair milli fəaliyyət planının həyata keçirilməsində gənclərin iştirakçılığı" layihəsi çərçivəsində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar inşa müsabiqəsi keçirilir.
Azərbaycan tələbələri korrupsiyaya qarşı mübarizə sahəsində fikirlərini bildirəcəklər

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Komissiyasının dəstəyi ilə ELSA Azərbaycan (European Law Students' Association - Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən "Açıq hökumətin təşviqinə dair milli fəaliyyət planının həyata keçirilməsində gənclərin iştirakçılığı" layihəsi çərçivəsində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar inşa müsabiqəsi keçirilir.

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasından Trend-ə verilən məlumata əsasən, hüquq tələbələrinin dünyadakı ən böyük birliyi olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi (ELSA Azərbaycan) Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının dəstəyi ilə "Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət planının həyata keçirilməsində gənclərin iştirakçılığı" layihəsini həyata keçirir. Layihə çərçivəsində "Korrupsiyaya qarşı mübarizə anlayışında prioritet sahələr" mövzusunda inşa müsabiqəsi təşkil olunur.

İnşa müsabiqəsi ilə bağlı yazıların qəbul olunması aprelin 1-dək onlayn qaydada həyata keçiriləcək. Layihədə Azərbaycan Respublikasının istənilən ali təhsil müəssisəsində bakalavr pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər.

Qeyd edək ki, tələbələrin həvəsləndirilməsi üçün müsabiqədə ekspertlər tərəfindən seçilmiş ən yaxşı 3 yazı üçün müvafiq olaraq 300, 200 və 100 manat məbləğində pul mükafatı nəzərdə tutulub.

Müsabiqənin keçirilməsində əsas məqsəd korrupsiyaya qarşı mübarizə mexanizmləri ilə bağlı gənclərin fikirlərini öyrənmək, eyni zamanda bu mübarizənin tətbiqinin prioritet sahələri haqqında onların təklif və təşəbbüslərini qiymətləndirməkdən ibarətdir.

İnşa müsabiqəsində iştirak etmək istəyən tələbələr [email protected] e-mail ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti