Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Novruz bayramı günlərində Azərbaycanın istehlak bazarında satılan ət və ət məhsullarına nəzarəti gücləndirəcək. Trend-in məlumatlna görə, bu barədə cümə günü jurnalistlərə açıqıamasında xidmətin rəhbərinin müavini Emin Şahbazov bildirib.
Onun sözlərinə görə, martın 18-dən etibarən baytar həkimlər həm iri buynuzlu mal-qaranın, həm də ölkəyə xaricdən gətirilən ətlərin normativ sənədlərin yoxlanmasına nəzarəti gücləndirəcəklər. Ət məhsullarına gəldikdə isə Şahbazov qeyd edib ki, onlar laboratoriyalarda yoxlanıldıqdan sonra satışa buraxılacaq.
Şahbazovun sözlərinə görə, hazırda ölkədə bu sahədə vəziyyət sabitdir.