...

Allahşükür Paşazadə Katolik kilsəsinin yeni rəhbərini təbrik edib

Cəmiyyət Materials 15 Mart 2013 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart/Trend/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə I Fransiski Katolik kilsəsinin yeni Papası seçilməsi münasibətilə təbrik edib.

"Sizin və bütün dünya katolikləri üçün bu əlamətdar günlərdə Azərbaycan və Qafqaz regionunun milyonlarla müsəlmanlarının iradəsini ifadə edərək Zati-müqəddəslərinə möhkəm can sağlığı, uzun ömür arzulayıram. Bizi yaradan Tanrıya dua edərək Sizin müqəddəs həyatın qorunması, sülhün yaradılması və bütün bəşəriyyət üçün əmin-amanlıq uğrunda bütün səylərinizə xeyir-dua verməsini istəyirəm", - QMİ-dən cümə günü Trend-ə verilən məlumata görə, bu barədə Allahşükür Paşazadənin təbrik məktubunda deyilir.

Məktubda deyilir ki, bu əlamətdar hadisə bizim dinlərarası əməkdaşlığımızın səviyyəsindən dərin məmnunluğun şahidliyi üçün gözəl imkandır.

QMİ sədri, həmçinin Müqəddəs Taxt-tac və Azərbaycan arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. Bu münasibətlərdə ənənəvi dinlər arasında tolerantlıq, qarşılıqlı hörmət və əməkdaşlıq həyat norması qismində çıxış edir.

"Dərindən inanıram ki, Zati-müqəddəsləri dinlərarası dialoq və əməkdaşlıq işinə öz töhfəsini verəcək. Qoy, bizim əməkdaşlığımız sülh, xeyirxahlıq, ədalət və qardaşsevərlik və milliyətindən və dinindən asılı olmayaraq, bütün insanların əməkdaşlığının müqəddəs ideallarının təntənəsinə xidmət etsin", - məktubda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti