...

Heydər Əliyev Mərkəzi əcnəbi fotoqraflar arasında müsabiqə elan edir

Cəmiyyət Materials 15 Mart 2013 18:25 (UTC +04:00)
Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar əcnəbi fotoqraflar arasında “Azərbaycan əcnəbilərin gözü ilə” foto müsabiqəsi elan edir.
Heydər Əliyev Mərkəzi əcnəbi fotoqraflar arasında müsabiqə elan edir

Azərbaycan, Bakı, 15 mart /Trend/

Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar əcnəbi fotoqraflar arasında "Azərbaycan əcnəbilərin gözü ilə" foto müsabiqəsi elan edir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, fotolarda Azərbaycanın tarixi, təbiəti, mədəniyyəti, incəsənəti, adət-ənənələri, gündəlik həyatı, idmanı və s. mövzular əhatə oluna bilər.

Müsabiqəyə təqdim olunan fotolar 20 mart 2013-cü il tarixindən 30 aprel 2013-cü il tarixinədək Heydər Əliyev Mərkəzinin elektron poçt ünvanına ([email protected], [email protected]) və ya DVD, "flash card" və ya hard disklərdə Heydər Əliyev Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti) göndərilməlidir.

Müsabiqədə peşəkar və həvəskar fotoqraflar iştirak edə bilər.

Fotoların əsli maksimal ölçüdə təqdim edilməli, hər bir faylda müəllifin adı və soyadı göstərilməlidir. Müsabiqəyə göndərilən fotolara ilkin korreksiya istisna olmaqla kənar modifikasiya edilməməlidir.

Fotolarla yanaşı, müəllifin pasport üzrə adı, soyadı, yaşadığı ölkə və şəhər, əlaqə telefonları, elektron poçt ünvanı, eləcə də müsabiqəyə verilən fotolar barədə informasiyanı (çəkiliş tarixi, çəkiliş yeri və s.) əhatə edən məlumat elektron formada göndərilməlidir.

Müsabiqədə işirak edən fotolar geri qaytarılmır.

Qaliblərə mükafatlar təqdim ediləcək.

Mükafatlar:

1-ci yerin qalibi üçün
1 ədəd peşəkar fotokamera və 1 ədəd planşet kompüter

2-ci yerin qalibi üçün
1 ədəd fotokamera və 1 ədəd planşet kompüter

3-cü yerin qalibi üçün
1 ədəd noutbuk

Müsabiqədə fərqlənən daha 10 əsərin müəllifinə həvəsləndirici mükafat - mini planşet kompüter təqdim olunacaq.

Müsabiqə ilə bağlı suallar (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti