...

Şəki şəhər icra hakimiyyəti başçısı vətəndaşların səyyar qəbulunu keçirib

Cəmiyyət Materials 17 Mart 2013 09:42 (UTC +04:00)
Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, Şəki şəhər Calğalı bulaq məhəlləsindəki 5 saylı orta məktəbdə Şəki şəhər icra hakimiyyəti başçısı Elxan Usubov vətəndaşların səyyar qəbulunu keçirib.
Şəki şəhər icra hakimiyyəti başçısı vətəndaşların səyyar qəbulunu keçirib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, Şəki şəhər Calğalı bulaq məhəlləsindəki 5 saylı orta məktəbdə Şəki şəhər icra hakimiyyəti başçısı Elxan Usubov vətəndaşların səyyar qəbulunu keçirib.

Elxan Usubov regionların sosial iqtisadi inkişafı çərçivəsində Şəkidə görülən işlərdən danışıb. Həmçinin məhəllədə aparılan abadlıq işlərindən söhbət açıb. Daha sonra məhəllə sakinlərinin problemləri dinlənilib. Sakinləri daha çox narahat edən məsələlər müzakirə edilib.

Əsasən, yoldan əziyyət çəkdiklərini söyləyən sakinlər yağış yağan zaman axan suyun, küçələrdə hərəkəti məhdudlaşdırdığını bildiriblər. Həmçinin digər bir problemin də su ilə bağölı olduğu diqqətəb çatdırılıb. Qışda su sarıdən əziyyət çəkmədiklərini, ancaq yayda bunun tam əksi müşahidə edildiyini deyən əhali, bu problemin də aradan qaldırılmasını xahiş edib.

Görüşün sonunda Elxan Usubov sakinlərin problemlərinin aradan qaldırılması üçün müvafiq idarə rəhbərlərinə tapşırıqlar verilib. Mövcud olan problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində işlərin görüləcəyi bildirilib. Elxan Usubov həmçinin bildirib ki, yeni iş yerlərinin açılması üçün yeni layihələr hazırlanır. Şəhərdə görülən işlərə gəlincə isə, yaxın zamanlarda daha 3 baxça da inşa ediləcək və avqust ayının sonuna qədər Şəki dram teatırında təmir bərpa işləri başa çatacaq.

Martın 21 isə şəhərdə Novruz bayramı ilə əlaqədər geniş konsert proqramı keçiriləcək. Həmçinin bayram səbəbi ilə şəhərin bəzədilməsi işləri də aparılır. Sonda Elxan Usubov, məhəllə sakinlərini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.

Xəbər lenti

Xəbər lenti