...

ABŞ-ın Metanol İnstitutunun nümayəndəsi Bakıda görüşlər keçirib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2013 13:35 (UTC +04:00)
Ötən həftə Azərbaycan Metanol Şirkətinin (AzMeCo) dəvəti ilə Amerika Metanol İnstitutunun Asiya və Orta Şərq üzrə Hökumət və İctimaiyyətlə Əlaqələr Direktoru Dom Lavin ölkəmizə səfər edib.
ABŞ-ın Metanol İnstitutunun nümayəndəsi Bakıda görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Ötən həftə Azərbaycan Metanol Şirkətinin (AzMeCo) dəvəti ilə Amerika Metanol İnstitutunun Asiya və Orta Şərq üzrə Hökumət və İctimaiyyətlə Əlaqələr Direktoru Dom Lavin ölkəmizə səfər edib. Bakıda olduğu müddət ərzində cənab Lavin bir sıra dövlət qurumları və Nazirliklərin nümayəndələri ilə görüşlərdə iştirak edib. Əvvəlcə qonaq Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində olmuş və Nazirliyin məsul şəxsləri ilə görüşmüşdür. Daha sonra Dom Lavin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyində və Dövlət Neft Şirkətində olub.

Qeyd olunan görüşlər zamanı cənab Lavin xüsusi təqdimat ilə çıxış edərək dövlət qurumlarının nümayəndələrinə dünya metanol bazarı, metanolun tətbiq sahələri və bu məhsuldan alınan törəmələr haqda ətraflı məlumat vermişdir. Təqdimat nazirlik rəsmiləri tərəfindən böyük maraqla qarşılanmışdır. Qonağı müşayiət edən AzMeCo Şirkətlər Qrupunun İdarə Heyətinin Sədri cənab Nizami Piriyev də Azərbaycan Metanol layihəsi haqda danışaraq tərəflərə Azərbaycanda metanol istehsalı və bu istehsalın ölkə iqtisadiyyatına verəcəyi töhfələr haqda geniş məlumat vermişdir. Cənab Piriyev ölkəmizdə metanol istehsalına başlanması ilə yeni kimya sahələrinin yaradıla biləcəyini və bunun da Azərbaycan üçün bir çox müsbət tərəflərinin olduğunu qeyd etmişdir.

Daha sonra qonaq və dövlət qurumlarının nümayəndələri Qaradağda yerləşən AzMeCo şirkətinə məxsus metanol zavodunu ziyarət etmişlər və zavodda gedən son işlərlə tanış olmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti