...

İndoneziyada Novruz bayramı ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Mart 2013 16:49 (UTC +04:00)
2013-cü il martın 21-də ASEAN-nın Cakartada yerləşən baş katibliyində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
İndoneziyada Novruz bayramı ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 mart /Trend/

2013-cü il martın 21-də ASEAN-nın Cakartada yerləşən baş katibliyində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir Cakartada akreditə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) iştirakçı ölkələri - Azərbaycan, Türkiyə, Pakistan, Əfqanistan, İran, Qazaxstan və Özbəkistan səfirlikləri tərəfindən təşkil olunub.

Trend Azərbaycanın İndoneziyadakı səfirliyinə istinadən xəbər verir ki,

tədbirdə Azərbaycana həsr olunmuş sərgi, milli yeməklər və musiqi xüsusi maraq doğurmuş və 22 mart 2013-cü ildə qeyd olunan tədbir haqqında "The Jakarta Post" qazetində Azərbaycana həsr olunmuş sərginin şəkilləri və Azərbaycanın Novruz ənənələri haqqında məqalə dərc edilmişdir.

Rəsmi açılış Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevə həvalə edilib. Səfir çıxışında 27 fevral 2013-cü ildə Cakartada aklreditə olunmuş 7 ECO ölkəsi tərəfindən ECO təşkilatının ASEAN ilə əməkdaşlığın gücləndirilməsi üçün ECO Səfirlərinin əlaqəndirici qrupunun yaradıldığı barədə məlumat vermişdir. ECO-ASEAN əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edən Səfir, adı çəkilən Səfirlər qrupunun əsas vəzifəsinin bu potensialdan istifadə etmək imkanlarının araşdırılmasından ibarət olacağını bildirmişdir.

Sonra səfir məlumat vermişdir ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Səfir qeyd etmişdir ki, bu bayram Nuh peyğəmbərin adı ilə bağlı olaraq "Nuhun ruzisi" kimi başa düşülməlidir. Novruz" bayramı Nuh peyğəmbərin adı ilə bağlı olaraq "Nuhun ruzisi", qisaldilmiş halda isə "Nuh Ruz" kimi başa düşülməlidir.

Tamerlan Qarayev Novruz bayramı haqqında geniş məlumatlar vermiş və İndoneziyanın da Novruz bayramını qeyd edən ölkələrin siyahısına qatılacağına ümidvar olduğunu vurğulamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti