...

Gürcüstanda saxlanılmış Azərbaycan dənizçiləri sərbəst buraxılıb

Cəmiyyət Materials 23 Mart 2013 18:20 (UTC +04:00)
Gürcüstanda saxlanılmış Türkiyəyə məxsus "Aydar" gəmisinin azərbaycanlı ekipaj üzvləri Azərbaycan Batumidəki baş konsulunun müdaxiləsi ilə şənbə günü sərbəst buraxılıb.
Gürcüstanda saxlanılmış Azərbaycan dənizçiləri sərbəst buraxılıb

Azərbaycan, Bakı, 23 mart /müxbir Trend S. Ağayeva/

Gürcüstanda saxlanılmış Türkiyəyə məxsus "Aydar" gəmisinin azərbaycanlı ekipaj üzvləri Azərbaycan Batumidəki baş konsulunun müdaxiləsi ilə şənbə günü sərbəst buraxılıb. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Onu sözlərinə görə, artıq dənizçilər öz işlərini davam etdirirlər.

Çərşənbə günü Gürcüstan sərhədçiləri tərəfindən saxlanmış "Aydar" gəmisinin ekipaj üzvlərinin ikisi Rusiya, üçü - Ukrayna, dördü isə Azərbaycan vətəndaşıdır.

Saxlanılan Azərbaycan dənizçilərinin adları:

1. Mahir Səfərov, kapitanın baş köməkçisi
2. Bəylər Hüseynov, böyük mexanik
3. Rüfət Cəlilov, ikinci mexanik
4. Elşad Mahmudov, elektrik

Qeyd edək, ki Gürcüstan rəsmilərinin verdiyi məlumata görə, "Aydar" gəmisi hazırda Potidədir, ancaq nə gəmi, nə də onun heyəti saxlanılmayıb.

"Poti ətrafında tüğyan edən fırtına sakitləşən kimi "Aydar" gəmisi açıq dənizə çıxış imkanı əldə edəcək və öz yoluna qrafik üzrə davam edəcək",- deyə hüquq mühafizə orqanlarının əməkdaşları qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti