Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycan ərazisində mülayim hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq.
Bakıda havanın temperaturu 4-8 dərəcə isti, gündüz 14-20 dərəcə, bəzi yerlərdə 21 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Axşam bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 3-8 dərəcə isti, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 24 dərəcəyədək isti olacağı gözlənilir.