...

ÜTT-nin Avropa Komissiyasının növbəti iclasının 2014-cü ildə Bakıda keçirilməsi təklif olunub

Cəmiyyət Materials 28 Mart 2013 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Martın 26-27-də Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) 55-ci iclasında və "Ümumdünya İrs obyektlərində turizm: problemlər və imkanlar" movzusunda seminarda iştirak etmək məqsədilə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Türkiyənin İzmir şəhərində səfərdə olub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səmədov seminarda mədəni irsin əlaqələndirilməsi movzusunda çıxışı zamanı iştirakçılara ölkəmizin mədəni irsinin və turizm imkanlarının inkişaf etdirilməsi məqsədilə nazirliyin gördüyü tədbirlər haqqında məlumat verib. Bununla yanaşı, nümayəndə heyətimiz tərəfindən BMÜTT-nin Avropa Komissiyasının növbəti iclasının 2014-cü ildə Bakıda keçirilməsi təklif olunub. Həmçinin, 2013-cü ilin avqust ayında Zambiya və Zimbabvedə keçiriləcək seçkilər zamanı Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv olması məsələsi bir daha qeyd olunub.

Eyni zamanda, Azərbaycanla BMÜTT arasında gələcək əməkdaşlığın genişləndirilməsi, bir neçə layihənin həyata keçirilməsi ilə bağlı Nazim Səmədovla Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan üçün "Turizm haqqında" qanun layihəsinin işlənməsində ÜTT tərəfindən yaxından kömək göstərildiyi üçün Taleb Rifaiyə təşəkkür bildirilib.

Görüş çərçivəsində Taleb Rifai BMÜTT tərəfindən tərtib edilmiş turizm qanunun layihəsini təqdim edib, bununla əlaqədar Nazim Səmədov ona öz təşəkkürünü bildirib.

Qeyd edək ki, 22-23 aprel 2013-cü il tarixində Bakı şəhərində ÜTT-nin "İpək Yolu" layihəsinin işçi qrupunun iclası və 10-12 iyun 2013-cü il tarixində isə MDB-yə üzv ölkələr və Gürcüstan üçün turizmin statistikası üzrə seminarın keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti