...

Azərbaycanda ədəbi dilin nor­­malarını pozanlara qarşı tədbirlər görüləcək

Cəmiyyət Materials 10 Aprel 2013 10:33 (UTC +04:00)
Azərbaycanda yaxın iki il ərzində küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin nor­­malarının pozulması hallarının qar­şı­sını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Azərbaycanda ədəbi dilin nor­­malarını pozanlara qarşı tədbirlər görüləcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yaxın iki il ərzində küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin nor­­malarının pozulması hallarının qar­şı­sını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

Trend-in məlumatına görə, bu məsələ ölkə Prezidentinin sərəncamı ilə yeni təsdiqlənmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulub.

Proqrama əsasən, Azərbaycan Milli Elm­­lər Akade­mi­­ya­sı, Rabitə və İnfor­ma­si­­ya Texno­logi­ya­­la­rı Nazirliyi, Müəllif Hüquqları Agentliyi tərəfindən 2016-cı ilədək Azərbaycan dilində antiplagiat sistemi yaradılacaq. Proqrama uyğun olaraq, 2015-ci ilə kimi Azərbaycan dilinin dövlət dili kimi ümumi məlumat bazası yaradılacaq.

Türk dillərinin fonetika, leksika və qrammatikasının mü­qayisəli tədqiqi sahəsində işlərin intensiv­ləş­di­ril­mə­si, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələr hazırlanacaq.

2020-ci ilədək isə Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcü­mə, ensiklopedik və tezlik elektron lüğətləri hazırlanacaq.

Həmin müddətə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazma­lar­dan istifadəni asanlaşdırmaq məqsədilə "Əlyazmaların elektron kitabxanası" və internet portalı da hazırlanacaq.

Ölkədə tədrisin digər dillərdə aparıldığı ümum­təhsil müəs­sisələrində döv­lət dilin­in tədrisi təmin ediləcək. Beynəlxalq standartlar əsasında milli terminoloji məlumat sistemi yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti