...

Bakıda universitetlərin ilk Azərbaycan-Fransa forumu keçiriləcək

Cəmiyyət Materials 10 Aprel 2013 13:32 (UTC +04:00)
İyunun 14-də Bakıda universitetlərin ilk Azərbaycan-Fransa forumu baş tutacaq.
Bakıda universitetlərin ilk Azərbaycan-Fransa forumu keçiriləcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E. İsmayılov/

İyunun 14-də Bakıda universitetlərin ilk Azərbaycan-Fransa forumu baş tutacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü Fransanın ölkəmizdəki səfiri Paskal Mönye Bakı Ali Neft Məktəbi və "Total E&P Azerbaijan" şirkəti arasında "Əməkdaşlıq Protokolu"nun imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, forum Azərbaycan Diplomatiya Akademiyasında keçiriləcək və artıq Fransanın 7 universiteti bu tədbirdə iştirakını təsdiqləyib.

Mönye qeyd edib ki, Bakıda forumun keçirilməsi Azərbaycan və Fransa universitetləri arasında təhsil sahəsində əməkdaşlığa öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti